Sasseks hersoginyası Meqan Markl makiyajsız fotoşəkillərinə görə aktrisa Pamela Andersonu təqlid etməkdə ittiham olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
Meqan Markl "Harper's Bazaar" jurnalının yeni nömrəsinin qəhrəmanı olub. Şahzadə Harrinin həyat yoldaşı üz qabığı üçün qara kostyumda makiyajsız pozalar verib.
İnternet istifadəçiləri hesab ediblər ki, bununla Sasseks hersoginyası Pamela Andersonun makiyajdan imtina etmək ideyasını təqlid edib.
"Bu nədir, Pamela Andersonun makiyajsız göründüyü kimi yaddaqalan bir an olmalıdırmı?", "Qorxuram ki, bu, Meqana yaxşı heç nə vəd etmir", - deyə "X" sosial şəbəkəsinin istifadəçiləri onun fotolarını müzakirə ediblər.
Fevral ayında Pamela Andersonun pərəstişkarları Meqan Marklın aktrisanın kulinariya proqramını təqlid etməsindən narazı qalmışdılar. İnternet istifadəçiləri proqramların oxşar adları ilə yanaşı, konsepsiya, nəqletmə tərzi və treylerlərin ümumi estetikasının da demək olar ki, eyni olduğunu bildirmişdilər.
Andersonun şousunun tizeri Marklın ilk reklam videosunu yayımlamasından təxminən üç ay əvvəl - 2024-cü ilin oktyabrında təqdim edilib. Hər iki proqramda qadınlar dostlarını və aşpaz həmkarlarını yeni reseptləri sınamaq və qonaqpərvərlik sənətinə yiyələnmək üçün evlərinə dəvət edirlər.