Müğənni Məryəm Şabanova İnstagram-da yeni fotolarını paylaşıb.
Oxu.Az xəbər verir ki, fotolarda diqqət çəkən məqam ifaçının makiyajsız olmasıdır.
Adətən tanınmış simalar belə foto paylaşmaqdan çəkinirlər. Məryəm Şabanova isə bu mövzuda kompleksiz olduğunu göstərdi.
Qeyd edək ki, 2009-cu ildə Məryəm “Eurovision 2010” mahnı müsabiqəsinin milli seçim turlarına qoşulub. Həmin ilin 2 fevralında keçirilən milli yarımfinal mərhələsində Məryəm Şabanova uğurla çıxış edib. Lakin final mərhələsində Məryəm qələbə qazana bilməyib. Daha sonra 2010-cu ilin aprel ayında Məryəm Şabanova Rusiyanın tanınmış müğənnisi Qriqori Leps üçün mahnı bəstələyib. Hal-hazırda Məryəm musiqi karyerasına davam edir.
Aytən Sadıqzadə
www.oxu.az