Xaricdə yaşayan azərbaycanlılar Azərbaycanın yığmasına qatılmaq istəyirlər.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov ölkəmizdə baş tutacaq qolf üzrə iki möhtəşəm tədbirin təqdimat mərasimində söyləyib.
Azərbaycan Qolf Federasiyasının prezidenti vurğulayıb ki, onlar əcnəbilərin köməyi ilə öz mütəxəssislərini hazırlaşdırırlar:
“Hazırda beş azərbaycanlı xaricdə qolf üzrə hazırlaşır. Hələ ki Azərbaycanı qolfda əcnəbilər təmsil edir. Lakin xaricdə yaşayan azərbaycanlılar Azərbaycanın yığmasına qatılmaq istəyirlər. Bizim komandada beynəlxalq yarışlara qatılmaq üçün ən azı 10-15 nəfərə ehtiyac var. Hazırda biz bunun üzərində çalışırıq. Azərbaycanda “Challange Tour”-da az da olsa azərbaycanlılar da iştirak edəcək. Ümid edirik ki, Azərbaycanda qolf öz layiqli yerini tapacaq”.