Azərbaycan prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə 2014-cü il 18 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti qanunların və prezidentin aktlarının “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.
Habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat verməlidir, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.