Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanda Təhsil Fondu yaradılacaq
Azərbaycanda “Elm haqqında” qanunun qəbulu gecikir.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib.
Onun sözlərinə görə, alimlər uzun müddətdir ki, bu qanunun qəbulunu gözləyirlər:
“Sözsüz ki, mükəmməl və təkmil qanunun hazırlanması müəyyən vaxt tələb edir. Belə bir qanunun qəbulu təkcə elm sferasında deyil, həmçinin alimlərin sosial həyatında da ciddi dəyişikliyə səbəb olacaq”.
İcraçı direktor onu da vurğulayıb ki, Azərbaycanda Təhsil Fondunun yaradılacağı gözlənilir.
Ən çox oxunanlar