Türkiyəli aktrisa Hatice Şendil və aktyor Burak Sağyaşar ötən gün nişanlanıb.
Oxu.Az xəbər verir ki, nişan mərasimində sadə ağ rəngli libas geyinən Şendil gözləri qamaşdırıb. Aktrisalar Bergüzar Korel və Pelin Karahan səbəbkarları nişan günündə yalnız qoymayıblar. Məşhurlar nişandan fotoları İnstaqram hesabında paylaşıblar.
B.Korel fotolara “Canlarım.. Xoşbəxt olun.. Mələk ürəkləriniz sonsuzluğa qədər bir-biriniz üçün döyünsün” sözlərini yazıb.
Qeyd edək ki, 31 yaşlı Haticə Şendil 2001-ci ildə “Miss Turkey” və “Miss Avropa” yarışmalarında 3-cü yeri tutub. Daha sonra “Eylül”, “Yaban gülü”, “İki yabancı”, “Kurtlar Vadisi” kimi seriallarda çəkilib.
“Kurtlar vadisi”ndə məktəb müəlliməsi, “Karadağlar”da qaraçı, “Dila hanım”da vəkil obrazlarını canlandırıb. İndi isə baş rollarını Özcan Dənizlə paylaşdığı “Kaderimin yazıldığı gün” serialında çəkilir”.
Karadağlar” serialı isə onun həyatını tamamilə dəyişib. O, adıçəkilən ekran işindən sonra daha da məşhurlaşıb və ən əsası həyatının sevgisini tapıb.
Nəhayət, 3 ildən çoxdur ki, çəkilişlər vaxtı tanış olduğu aktyor Burak Sağyaşarla nişanlanıb.
Aytən Sadıqzadə