Uşaq yaşlarından kinodakı obrazları, xüsusilə Kamal Sunal ilə oynadığı filmlərlə yaddaşlarda qalan aktrisa Səadət Gürsəs çətin günlər yaşayır.

Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa tutulduğu dəri xərçəngi üzündən əziyyət çəkir.

“Bir zamanlar bir neçə evim var idi, hər adamın ala bilmədiyi son marka avtomobillərdən istifadə edirdim”, - deyə aktrisa bildirib.

Hazırda yoxsul şəraitdə yaşayan Səadət Gürsəs “pulsuzluqdan Taksimdə dəsmal satıram. Məni tanıyanlar bunun kameraarxası zarafat olduğunu zənn edirlər” deyib.

Aytən Sadıqzadə
www.oxu.az