Aktrisa Nurgül Yeşilçay Qurban Bayramı ərəfəsində “Paramparça” serialının çəkilişlərinə ara verilməsini fürsət bilərək sevgilisi Özgür İnalla tətilə yollanıb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bir neçə gün istirahət edən cütlük ötən gün İstanbula dönüb. Ancaq səfər əsnasında təyyarədə gərginlik yaşanıb.
Belə ki, stüardessa Nurgül Yeşilçaya fındıq gətirib. Bunu görən qadın sərnişinlərdən biri “Məşhur olduğu üçün ona fındıq verdiniz?” deyə stüardessadan soruşub. Suala əsəbiləşən Yeşilçay həmin qadına sərt reaksiya göstərib. Mübahisə edən aktrisanı sevgilisi Özgür İnal sakitləşdirib.
Aytən Sadıqzadə
www.oxu.az