Müğənni Təranə Qumralla həmkarı Nazəninin həyat yoldaşı Məhəbbət Həsənov arasındakı məhkəmə prosesi davam edir.
Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, M.Həsənov T.Qumrala onun fotosunu sosial şəbəkədə paylaşıb təhqir etdiyi üçün maddi və mənəvi təzminat davası açıb.
M.Həsənovun vəkili Adəm Məmmədov qarşı tərəfin məsuliyyətdən boyun qaçırmaq üçün İnstaqram səhifəsini sildiyini bildirib:
“İnstaqram səhifəsini silərək, məhkəmədə iddiaları rədd edib. Guya, bu səhifə onun deyil, kimsə saxta profil açıb və belə paylaşımlar edib. Amma hamı gözəl bilir ki, həmin profil Təranə Qumralın olub. Biz bunu məhkəmədə sübut edəcəyik, təzminatı alacağıq”.