Noyabrın 20-də Las Vegasda “Latin Grammy Awards - 2014” musiqi mükafatının təqdim olunma mərasimi keçirilib.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, tədbirdə Carlos Santana, Ricky Martin, Marc Anthony və başqa ulduzlar iştirak ediblər. Gecədə aparıcılıq edən aktrisa Roselyn Sanchezin transparan geyimi diqqət mərkəzində olub.
Enrique Iglesias “Bailando” adlı layihəsinə görə üç mükafat qazanıb. Gecənin rekordçusu 21 nominasiya üzrə mükafat alaraq “Calle 13” olub.
Aytən Sadıqzadə