Amerikalı aktrisa Kerri Fişer ağır vəziyyətdə təcili xəstəxanaya yerləşdirilib.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə K.Fişer Londondan Los-Ancelesə uçan zaman baş verib. Aktrisa uçuş zamanı güclü ağrılar hiss edib. Həkimlər onu hava limanından birbaşa xəstəxanaya aparıblar.
Polisin məlumatına görə, həkimlər “ürək dayanması” siqnalı ilə hava limanına çağrılıb.
Qeyd edək ki, aktrisa “Ulduz müharibələri” filmlərində oynadığı Şahzadə Lea rolu ilə məşhurlaşıb.
A.S.
www.oxu.az