42 yaşlı aktrisa Tori Spelling dərisinə qulluq etdirdikdən sonra dərhal alış-verişə gedib və onu görənlər sözün əsl mənasında şok keçirib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, dörd uşaq anası Tori Spelling Kaliforniyada bir medikal Spa-da 2 saat dərisinə kimyəvi pilinq etdirib və qaşlarını aldırıb. Üzündə edilən əməliyyatlardan sonra iz qalmış şəkildə küçəyə çıxan və üz dərisi yanmış kimi görünən aktrisa ətrafdakıları qorxudub.

Estetik və gözəllik klinikalarında çalışanlar Spelling-in bu görünüşünün normal olduğunu söyləyərək “cildində bu cür əməliyyat etdirənlərin ilk bir neçə saat içərisində belə görünməsi normaldır. Dərinin görünüşü bir müddət sonra əvvəlki kimi olacaq” deyə bildiriblər.

Xatırladırıq ki, bir zamanlar Hollivuda damğa vuran məşhur prodüser Aaron Spelling-in qızı olan Tori Spelling hələ kiçik yaşlarından etibarən kamera qarşısına keçməyə başlayıb. “Eşq gəmisi”, “Evimiz Hollivdda”, “Smallville” kimi ekran əsərlərində rol alıb. Son dövrdə isə bir realiti şou proqramı ilə ekrana çıxır.

Aytən Sadıqzadə
www.oxu.az