İki NATO hərbçisi çərşənbə günü Əfqanıstanın cənubunda əfqan hərbçilərinin formasını geyinmiş insanlar tərəfindən qətlə yetirilib. Bu barədə France Press agentliyi bildirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, NATO cari ilin yanvar ayının 1-dən Əfqanıstanda “Qətiyyətli dəstək” kod adı altında yeni hərbi missiya həyata keçirir.
Bu missiya hərbi əməliyyatlarda iştirak etmədən, əfqan təhlükəsizlik qüvvələrinin hazırlığını və onlara yardımı nəzərdə tutur.
Hal-hazırda respublika ərazisində 13 minə yaxın hərbçi heyəti yerləşir.