Çinli aktyor Wang Baoqiang həyat yoldaşını meneceri ilə yataqda tutub və internetdə yayılan həmin görüntülər qısa müddətdə xeyli insan tərəfindən izlənilib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkədəki hesabında şərh yazan 32 yaşlı aktyor ona xəyanət edən xanımı Ma Rong ilə boşanacağını qeyd edib.
“Həyat yoldaşımın menecerim ilə yaşadığı və evliliyimizə zərər verən bu əlaqəyə görə ondan ayrılmağıma və menecerimi isə işdən qovmağa qərar verdim”, - deyə aktyor bildirib.
Xəyanət edən qadının etdiklərindən peşman olduğu və ərinə bunu yaşatdığı üçün dəfələrlə üzr istədiyi deyilir.
A.S.
www.oxu.az