Aktyor Saruhan Hünelin keçmiş sevgilisi Eda Sönməzə qarşı fiziki zorakılıq tətbiq etməsi səbəbindən həbsi tələb olunur.

Oxu.Az xəbər verir ki, ötən il Ailədaxili Cinayətlər Bürosuna ifadə verən Eda Sönməzin 6 aylıq sevgi münasibətləri ərzində məşhur aktyor tərəfindən 5 dəfə şiddət gördüyü haqqında ifadəsindən sonra Anadolu Respublika Prokurorluğu istintaq başlanıb.

Aktyorun 7 aydan 4 ilə qədər həbsi istənilir.


Qeyd edək ki, aktyorluğa modellikdən gələn Saruhan Hünel 2006-cı ilin istehsalı olan “Kaybolan yıllar” serialındakı Esmer obrazı ilə daha da populyarlıq qazanmışdı.
Aytən Sadıqzadə
www.oxu.az