İngiltərənin “BBC” radiosunun məşhur aparıcıları 68 yaşlı Tony Wadsworth və 58 yaşlı həyat yoldaşı Julie Mayer uşaqlara qarşı cinsi zorakılıqda ittiham edilirlər.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, cütlük 10-15 yaş arası dörd oğlan uşağına təcavüz etməklə günahlandırılır.
“BBC”dən dərhal uzaqlaşdırılan aparcılar 11 mayda Warwickshire Sülh Cəza Məhkəməsində hakim qarşısına çıxacaqlar.
Aytən Sadıqzadə
www.oxu.az