Məşhur xəbər aparıcısı Defne Samyeli “Kanal D”nin ən reytinqli serialı “Kurtlar Vadisi Pusu”nun aktyor heyətinə daxil olub.
Oxu.Az Türkiyə mediasına istinadla xəbər verir ki, Samyeli serialın yeni mövsümündə inadcıl və mübarizə aparan xarakterə sahib olan agent Zeynəbi canlandıracaq.
D.Samyeli ““Kurtlar Vadisi Pusu” təkcə Türkiyədə deyil, dünyanın bir çox ölkəsində fenomen olmuş serialdır. Serialın yaradıcı heyətini ilk gündən tanıyırdım. Necati Şaşmaz mənə həmin obrazı təklif edəndə düşünmədən “bəli” dedim. Zeynəb illərdir oynamaq istədiyim, uşaqlığımdan bəri xəyal etdiyim obrazdır. “Kurtlar Vadisi Pusu”da iştirak etmək üçün həyəcanlıyam” deyib.
Prodüserliyini Pana Filmin boynuna götürdüyü, baş rolunda Necati Şaşmazın olduğu serialın yeni bölümleri sentyabr ayından etibarən “Kanal D”də yayımlanacaq.
Aytən Sadıqzadə
www.oxu.az