Xeyli müddətdir, sevgili olan model Səbinə Allahverdiyeva və aparıcı Cavid Gülün arasından qara pişik keçib.
Oxu.Az xəbər verir ki, məşhur cütlük ayrılıb. Məsələ ilə əlaqədar S.Allahverdiyeva ilə əlaqə saxladıq:
“Bəli, xəbər doğrudur. Bundan sonra şəxsi həyatımla bağlı gündəmə gəlmək istəmirəm”.
Model ayrılıqdan sonra Facebook hesabına bu sözləri yazıb:
“Allah səni bu həyatda bildiyi kimi etsin. Heç vaxt xoşbəxtlik nədir, bilməyəsən. Etdiyin ibadət sənə haram olsun. Qıldığın namaz, tutduğun oruc qəbul olunmayacaq, ay bədbəxt”.
Xatırladırıq ki, ekstrasens Aqil Məhərrəmov aparıcı Cavid Gül və model Səbinə Allahverdiyevanın böyük münaqişə ilə ayrılacaqları barədə öncədən məlumat vermişdi:
“Bu cütlük birlikdə olmayacaq. Aralarında sevgi görmürəm. Dostluq, birləşmə, öyrəşmə görürəm. Cavid Gül və model sevgilisi arasında intim münasibət görürəm. Sevgi yoxdur. Mənə elə gəlir ki, bu iki insan bir-birindən reklam üçün istifadə edirlər. Sonda böyük bir sporla ayrılacaqlar”.
Aytən Sadıqzadə
www.oxu.az