Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Böyükşor yol qovşağında nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması barədə məlumat yayıb.
Oxu.Az xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 10:00-dan etibarən, Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Hava limanı yol qovşağına qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
Ərazidə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ərazidə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır.
