Əcaib və bənzərsiz “Salt bae” hərəkəti ilə bütün dünyada məşhurlaşan türkiyəli aşpaz və iş adamı Nüsrət Gökçe koronavirus pandemiyası səbəbi ilə evlərində qalan pərəstişkarlarını sevindirib.
Oxu.Az xəbər verir ki, adını brendləşdirən Nüsrət 25 min heyranına çoxlu sayda planşet, mobil telefon, televizor, qəhvə aparatı, paltaryuyan maşın, mebel, geyimlər və müxtəlif əşyalar yollayıb.
27 milyonluq “Instagram” hesabında Gökçe aldığı hədiyyələri bir-bir imzalayaraq, “Ölkəmin hər yerindən mənlə əlaqə quran 25 min həmvətənimin xəyallarını reallaşdırdığım üçün bu gün fərqli hüzur yaşayıram. Sizlərin xoşbəxtliyi mənim həyat motivasiyamdır” başlığı ilə video paylaşıb.
Qeyd edək ki, bu, N.Gökçenin ilk təqdirəlayiq addımı deyil. Belə ki, dünya şöhrətli aşpaz yanvar ayında Türkiyənin Elazığ bölgəsində baş verən 6,8 ballıq zəlzələdən sonra ağır və dözülməz şəraitə düşən insanlara 1 milyon 22 min lirəlik (təxminən 250 min manat - red.) yardımlar edib.
View this post on Instagram"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyənin sabiq naziri həbsxanada huşunu itirdi
- "GTA VI" çılğınlığı başladı: İş yerləri bağlanır, insanlar məzuniyyətə çıxırlar - Video
- AKP-nin yüksəkvəzifəli üzvünün oğlu istintaqa cəlb olundu
- Ekrem İmamoğluna həbs cəzası verildi və siyasi fəaliyyət qadağası qoyuldu
- Türkiyə fond bazarında böhran: Ərdoğan həbs edilənlərin sayını açıqladı
Digər xəbərlər