Tanınmış müğənni Murad Sadıx xəstəxanaya yerləşdirilib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni ağ ciyar iltihabı diaqnozu ilə xəstəxanaya yerləşdirlib. Bu barədə müğənni trend life-a bildirib.
“Hazırda özümü çox pis hiss edirəm, nəfəs almaq çətindir. Yalnız həkimlərin yardımı sayəsində məni ağır vəziyyətdən çıxarmaq oldu. Hələ bilinmir ki, nə vaxt sağalacam”, - o əlavə edib.