Belçikanın caz ifaçısı Tuts Tilemans 94 yaşında vəfat edib.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, “ağız qarmonu”nda məharətli ifası ilə tanınan musiqiçi dünyanın ən məşhur caz ifaçıları - Ella Fidjerald, Kuinsi Con, Frenk Sinatra, Bill Evans, Rey Çarlz, Oskar Piterson və başqalarını müşayiət edib.
Əsl adı Jan-Batist Frederik İsidor Tilemans olan Tuts Tilemans 1922-ci il aprelin 29-da Brüsseldə doğulub. 1950-ci ildə ilk dəfə Beynəlxalq Festivalda çıxış edib və məşhurluq qazanıb. 1952-ci ildə Amerika Birləşmiş Ştatlarına köçən Tuts Tilemans sənət karyerasını 2014-cü ildə səhhətində yaranan problemlərlə bağlı bitirib.
A.S.
www.oxu.az