Sevgili olmaları ilə şou-biznes gündəmini zəbt edən türkiyəli sənətçilər – Demet Özdemir və Oğuzhan Koçun ayrılması xəbəri sevənlərini məyus etmişdi.
Bir ildir birlikdə olan məşhurlar gəzməyə getdikləri Fransanın paytaxtı Parisdən qayıtdıqdan sonra ayrılmışdılar.
Onlar “yenidən əsla olmaz” desələr də, barışıblar.
Xatırladaq ki, Kerem Bürsin və Hande Erçelin ayrılmasına Demet Özdemirin səbəb olduğu barədə xəbər yayılmışdı. İddialara görə, aktrisa Demet Özdemir və Kerem Bürsin rəqəmsal platformada yayımlanacaq bir serialda baş rolları paylaşacaqdılar. Bu xəbəri mediadan öyrənən Erçel sevgilisindən ayrılmağa qərar vermişdi.
Mənbə: Hürriyet
Rəylər