Amerikalı aktrisa, rejissor və yazıçı İssa Rey Sevgililər Günündə pərəstişkarlarını evinə dəvət edib.
Söhbət məşhurun Cənubi Los-Ancelesdəki malikanəsindən gedir.
“Ağ Qarğa” (“Insecure”) komediya dramının müəllifi evini serial üslubunda xüsusi dizayn edib.

Reyin sözlərinə görə, beləliklə fanatlar qaradərili amerikalıların mədəniyyətini yaşaya və onun doğulub boya-başa çatdığı ərazinin ab-havasından həzz ala biləcəklər.
Malikanədə fevralın 12-dən 14-dək günü 56 dollara qalmaq olar. Evdə bir qonaq otağı, bir yataq otağı və bir vanna otağı var. Həyətində isə hovuzu və şezlongları olan bir teras var. Mənzərə birbaşa Los-Anceles və Hollivud təpələrinə açılır.
İsa Rey qonaqlara kitab mağazası, kafelər, restoranlar, SPA mərkəzi və s. daxil olmaqla ərazidəki görməli yerlər haqqında bələdçi də təqdim edib.







:640.jpg)
:640.jpg)
Mənbə: Lenta.ru