Keçdiyimiz həftə “tüp bebek” müalicəsinə başlayan aktrisa Beren Saatın əkiz körpələrə hamilə qaldığı iddiası maqazin gündəmini silkələyib.
Oxu.Az-ın türk mediasına istinadla xəbərinə görə, hələ Beren Saatla evlənmədən əvvəl "Əkiz körpə istəyirəm" deyən müğənni Kenan Doğulu ötən gün həyatının ən gözəl xəbərini alıb.
Dedi-qodulara görə, ötən həftələrdə “tüp bebek” müalicəsinə başlayan və bir neçə kiçik əməliyyat keçirən Beren Saat əkiz körpələrə hamilə qalıb. Məşhur cütülük bu xoşbəxt xəbəri hələ təsdiqləməyib. Ancaq Beren Saat ilə Kenan Doğulunun yaxınları "Gözəl xəbərlər aldıq, ancaq hər şey dəqiqləşənə qədər danışmaq istəmirik" deyib.
Qeyd edək ki, bu xəbərin ortaya çıxdığı vaxtdan firmalar da bir-birilə reklam yarışına girib. Beren Saata bir çox körpə bezi, uşaq və hamilə qadın geyim firmalarından reklam təklifləri yağmağa başlayıb.
Aytən Sadıqzadə
Rəylər