ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində məşhur Hollivud rejissoru Rob Reyner və həyat yoldaşı Mişelin ölümü ilə bağlı onların oğlu Nik Reyner saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Los-Anceles polisi məlumat yayıb.
Məlumata görə, Rob Reyner və həyat yoldaşı bazar günü Los-Ancelesdə yerləşən evlərində ölü tapılıblar. Polis hadisəni mümkün qətl kimi araşdırır.
Nik Reyner hazırda həbsdədir. Bildirilir ki, o, dörd milyon dollar girov qarşılığında azadlığa buraxıla bilər. Polis hələlik ona qarşı rəsmi ittiham irəli sürməyib və istintaq davam etdirilir.
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində məşhur Hollivud rejissoru, 78 yaşlı Rob Rayner və həyat yoldaşı, 68 yaşlı Mişel Singer Rayner evlərində ölü tapılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hər iki şəxsin üzərində bıçaq yaraları müəyyən olunub. Hadisə yerində yanğın baş verdiyindən cəsədlərin şəxsiyyətini müəyyənləşdirməyin çətin olduğu bildirilib.
Agentlik digər mənbələrinə istinadən xəbər yayıb ki, cütlük oğulları tərəfindən öldürülüb. Hadisənin motivləri açıqlanmayıb.
Hadisə ilə bağlı istintaq davam edir.