Məşhur Hollivud ulduzu Maureen O'Hara həyatını itirib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyada doğulan 95 yaşlı aktrisa səhər yuxusundan ayılmayıb.
“The Quiet Man” (1952), “Miracle on 34th Street” (1947), “How Green Was My Valley” (1941) kimi filmlərdə rol alan O'Hara yaşıl rəngli gözləri və qırmızı saçlarıyla tamaşaçıların sevimlisinə çevrilmişdi.
Aytən Sadıqzadə
www.oxu.az