Məşhur britaniyalı müğənni Dua Lipa 25-ci doğum günü münasibətilə çəkdirdiyi fotoları paylaşıb.
“Daily Mail”in məlumatına görə, populyar ifaçının “Instagram”da dərc etdiyi şəkillər pərəstişkarları tərəfindən maraqla qarşılanıb.
Dua Lipa ad gününü ABŞ-ın Kaliforniya ştatının Malibu sahillərində, dostlarının və sevgilisi Ənvər Hədidin şirkətində keçirib.
Paylaşımı qısa müddət ərzində yarım milyondan çox izləyici bəyənib.