Dünyaca məşhur model, “Victoria 's Secret” mələyi Candice Swanepoel Nyu-York Moda Həftəsi çərçivəsində təşkil edilən Givenchy nümayişində podiumda yerə yıxılıb.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, maraqlı dizaynlı dikdaban ayaqqabıları 26 yaşlı modelə səhnədə addımlamaqda çətinlik törədib və o, müvazinətini itirərək yıxılıb.
Podiumun kənarındakı tamaşaçıların köməyi ilə ayağa qalxan model addımlarına peşəkarcasına davam edib.
Candice Swanepoel nümayişdən sonra İnstagram hesabında zədə alan ayaqlarının fotosunu paylaşıb.
Aytən Sadıqzadə
www.oxu.az