Yanvarın 24-də Fransada Paris Moda Həftəsi çərçivəsində təşkil edilən “Versace” dəb nümayişi baş tutub.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, podiumda dünyanın ən məşhur modelləri İrina Şeyk, Rozi Hantinqton-Uaytli, Nataşa Poli, Lara Stoun, Behati Prinslu, Cici Hadid və digərləri addımlayıblar.
Sonda dəfiləni 20 yaşlı fələstinli model Cici Hadid bağlayıb.
“Versace Atelier”in rəhbəri Donatella Versace səhnəyə çıxaraq hər kəsə təşəkkürünü bildirib.
Aytən Sadıqzadə
www.oxu.az