Dünyaca məşhur müğənni Beyonce-nin 28 yaşlı musiqiçi bacısı Solange Knowles 51 yaşlı rejissor Alan Ferguson ilə ailə həyatı qurub.
Oxu.Az əcnəbi mətbuata istinadən xəbər verir ki, gəlinin ən xoş günü üzündəki ləkələr səbəbindən kabusa dönüb. Toydan əvvəl fotokameralara qüsursuz dərisi ilə pozalar verən Solange mərasimin sonunda üzündəki və boynundakı ləkələr ilə diqqət çəkib.
Beyonce bacısının həmin vəziyyətdə kameralara görüntülənməməsi üçün təzə gəlinlə birlikdə sürətli addımlarla avtomobilə doğru irəliləyib.
Məlumata görə, gəlinin toyda yediyi qidalar onun üzündə və boynunda allergiya yaradıb.
Aytən Sadıqzadə