Müğənni Demet Akalın “Kanaltürk”də yayımlanan “İkinci səhifə” verilişinin qonaq olub.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir yaşlı qızı Hiranın xəstəliyindən sənətçi qızının bədənindəki şişin xoşxassəli olduğunu deyib:
“Qızımın bədənindəki şişin adı hemanjiomdur. Xoşxassəli şişdir. Ağ bədənli körpələrin 80%-də beləşiş olur. Əvvəl kiçik idi, sonra böyüməyə başladı. Qızım tez-tez ağlayırdı, çox çətin günlər keçirmişik. Əsas odur ki, dərmanı tapıldı, hazırda səhhəti yaxşıdır. Uşaq körpə olduğu üçün üç gün xəstəxanada yatmışıq. Əslində gülərkən, əylənərkən içim qan ağlayırdı. Amma indi hər şey yaxşıdır”.
Qeyd edək ki, türkiyəli müğənni mayın 1-də Heydər Əliyev sarayında konsert verəcək.