YouTube kanalında dünyaca məşhur musiqiçi Karuneşin “Call of the Tribes” adlı layihəsinin Azərbaycan milli musiqi alətləri ilə sintezi yayılıb.
Oxu.Az xəbər verir ki, yeni layhə “ArtiShok” təşkilatının dəstəyi ilə ərəsəyə gəlib.
Klip Azərbaycanın mənzərəli məkanlarında lentə alınıb. Ekran işinin rejissoru Alvin Mahmudovdur. Tar alətində Azər Abbasov ifa edib. Musiqi tərtibatı isə DJ Kənana məxsusdur.
Sözügedən maraqlı kompozisiyanı təqdim edirik: