Fevralın 17-də Azərbaycan Qolf Federasiyasının baş katibi Nigar Süleymanova SABAH quplarının tələbələri ilə görüşüb.
Federasiyadan Oxu.Az-a verilən məlumata əsasən, Nigar Süleymanova tələbələrə "Karyera planlaşdırılması və biznes sahələrində inkişaf" mövzusunda mühazirə oxuyub.
Mühazirədə gənclərin şəxsi inkişafı, qeyri standart düşüncə, özünütanıma, karyera istiqamərinin seçilməsi, ixtisasdəyişmə və figər bu kimi maraqlı mövzuları əhatə edib.
Qeyd edək ki, SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.
SABAH qrupları 5 ixtisas qrupuna (təhsil, humanitar, iqtisadiyyat, texniki, təbiət) daxil olan 33 ixtisas üzrə ölkənin 34 ali təhsil müəssisəsinin bakalavr səviyyəsinin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələrdən müsabiqə yolu ilə seçim aparmaqla formalaşdırılıb.