Bakı Apellyasiya məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə Bakı şəhər sakini Minas Əliyevin CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.4 (qanunsuz soyuq silah əldə etmə, saxlama və gəzdirmə) maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, 2013-cü il iyulun 19-u axşam saat 21 radələrində "Gənclik" metrostansiyasının yaxınlığında, S.Quliyev küçəsində Minas Əliyev Abşeron rayon sakini Rahib Şahbazovun (1975-ci il təv.) ürək nahiyyəsinə iki bıçaq zərbələri vurmaqla, onu qəsdən öldürüb. Sonuncu kəskin qanitirmədən hadisə yerində dünyasını dəyişib. Şübhəli şəxs hadisə yerindən qaçsa da, həmin gecə Sabunçu RPİ 13-cü polis bölməsinə gəlməklə, könüllü təslim olub.
Hadisə yeri Nərimanov RPİ 16-cı polis bölməsi və rayon prokurorluğunun əməkdaşları tərəfində müayinə olunub, qan nümunələri maddı sübut kimi götürülüb, mərhuma məxsus "Mercedes" markalı avtomaşın aşkar edilib. Faktla bağlı ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılıb.
İstintaqla müəyyən edilib ki, ehtiyyatda olan zabit Rahib Şahbazov bir müddət Minas Əliyevin bacısı ilə İlahə ilə görüşüb, günlərin bir günü o öz anasına həmin qızla ciddi münasibət alınmayacağını deyib və ondan İlahənin anasına zəng vurub, bu xəbəri sonuncuya söyləməsini xahiş edib.
Qeyd edək ki, bundan əvvəl Rahib bir dəfə evlo olub. İyulun 19-da oğlunun xahişi ilə Xeyrə Şahbazova qızın anasına zəng edib bu barədə danışdıqda, qadın bunu təhqir kimi qəbul edib, Rahibin qızını aldatdığını və buna görə cabav verəcəyini bildirib. Bir neçə saatdan sonra Rahiblə telefon əlaqəsi saxlayan Minas onu görüşə çağırıb və aralarında baş verən münaqişə zamanı döş qəfəsi nahiyyəsinə bıçaq zərbələri endirərək, Şahbazovu qəsdən öldürüb.
Bakı Ağır cinayətlər məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi keçirilən məhkəmə prosesində Minas Əliyev ittiham üzrə özünü qismən təqsirli bilib, zərərçəkən ifadə verərkən istintaqın gedişatından narazı olduğunu, oğlunun ölümündə bir neçə şəxsin iştirak etdiyini, lakin bir nəfərin bu işi öz üzərinə götürdüyünü bildirib.
Məhkəmənin hökmü ilə Minas Əliyev 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan hər iki tərəf apellyasiya şıkayəti, dövlət ittihamçısı isə apellyasiya protest veriblər.
İşi araşdıran Bakı Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
C.H.
www.oxu.az