Bu gün səhər Nərimanov rayon 16-cı polis bölməsinin əməkdaşları Bakıda qətlə yetirilmiş 38 yaşlı Qurbanov Rahib Şahbazovun qətlində şübhəli bilinən şəxsi saylayıblar.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Nəriman rayon Polis İdarəsindən bildiriblər.
Qeyd edək ki, dünən axşam metronun “Gənclik” stansiyasının yaxınlığında Rahib Qurbanov ürəyindən aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. O, elə hadisə yerndə keçinib. Qeyd edək ki, Qurbanov cinayət yerinə “Mercedes” markalı şəxsi avtomobilində gəlibmiş.
Bununla yanaşı, saxlanılmış şəxs 1985-ci il təvəllüdlü yerli sakin Əliyev Minaft Vaqif oğludur. Əməliyyatçılar şübhəli şəxsi səhər vaxtlarında, Sabunçu rayonunun ərazisində saxlayıblar. Axtarış zamanı Əliyevin üzərindən qətlin törədildiyi bıçaq aşkarlanıb.
İlkin məlumatlara görə, Qurbanov bu günlərdə öz həyat yoldaşından boşanıb. Onların nikahından beş yaşlı oğulları da var. Məlum olub ki, Qurbanov Əliyevin qohumunu sevib və onunla evlənmək istəyib. O, bunu Əliyevin özünə də bildirib. Görüş zamanı onların arasında münaqişə yaranıb. Əliyev Qurbanova qohumuna yaxınlaşmağı qadağan edib. Sonradan nə baş verdiyini isə Nərimanov rayon prokurorluğu araşdıracaq. İstintaq davam edir.
www.oxu.az