Xalq artistləri İlhamə Quliyeva və Faiq Ağayev bir araya gəlib.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçilər birlikdə şam yeməyinə qatılıb.
Gecədən özəl fotolarını sosial şəbəkədə paylaşan iki ifaçının mehriban görüntüləri nəzərdən qaçmayıb.
Digər tərəfdən isə Faiqlə yaxşı münasibətdə olan xalq artisti Aygün Kazımovanın bu fotolara verəcəyi reaksiya sual altındadır. Son günlər İlhaməylə münaqişə yaşayan Aygünün onun Faiqlə görüşməsinə necə münasibət göstərəcəyi böyük maraq doğurur.