Bakıda, metronun “Gәnclik” stansiyası yaxınlığında qətl törədilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü Qurbanov Rahib Şahbaz oğlu naməlum şəxs və yaxud şəxslərlə münaqişə zəminində ürәyindәn bıçaqlanıb.
R.Qurbanov aldığı bıçaq yarasından hadisә yerindә dünyasını dәyişib.
O hadisә yerinә özünә mәxsus “Mercedes” markalı avtomobillә gәlib.
Onun kim tәrәfindәn bıçaqlandığı hələlik mәlum deyil. Faktla bağlı araşdırma aparılır.