Azərbaycanda yaşayıb fəaliyyət göstərən türkiyəli prodüser Kemal Cenk İçtenin ailəsinə itki üz verib. Belə ki, onun nənəsi dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu haqda məşhur sosial şəbəkədə özü məlumat verib:
“Canımdan çox sevdiyim və rəhmətlik anamdan sonra ən çox dəyər verdiyim, uşaqlıq illərimdən məni böyüdən nənəm (anamın anası) Süheyla Samur indi aldığım xəbərə görə rəhmətə gedib. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Bütün ailəmizin başı sağ olsun. Səni heç bir zaman unutmayacağıq”.
Allah rəhmət eləsin!
