Amerikanın məşhur rep ifaçısı, Rihannanın keçmiş sevgilisi Kris Brauna “MTV Video Musiqi Mükafatları-2014” mərasimində sui-qəsd təşkil olunub.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, naməlum şəxslər tərəfindən atəşə tutulan repçi zərər çəkməsə də, onun yanındakı 49 yaşlı prodüser Syuq Nayt və iki nəfər ağır yaralanıb.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilirək əməliyyat olunublar. Polis hadisə yerində genişmiqyaslı araşdırmalara başlayıb.
Silahlı basqın zamanı orada Blək Ayd Pis və Castin Biber də olub.