Türkiyənin məşhur rep ifaçısı Cezanın konserti zamanı gərgin anlar yaşanıb.
Reper Kocaelinin Gebze rayonunda konsert verib.
Konsert zamanı sərxoş gənclər arasında mübahisə yaranıb və qısa zamanda davaya çevrilib. Mühafizəçilər gəncləri ayırmaq üçün çox çalışıblar.
Fürsətdən istifadə edən bir fanat Cezanı qucaqlamaq üçün özünü səhnəyə atıb. Mühafizəçilər onu kənarlaşdırıblar.
Mənbə: Haber Global