Bakıda, Yaşıl Teatrın səhnəsində məşhur rus rok qrupu “Bi-2”nin konserti baş tutacaq.
Oxu.Az xəbər verir ki, “Bi-2” 1988-ci ildə Belarusiyada Şura Bi-2 və Leva Bi-2 tərəfindən əsası qoyulmuş rus rok qrupudur.
Qrupun heyəti Leva Bi-2 (vokal), Şura Bi-2 (vokal, gitara), Andrey Zvonkov (gitara), Maks Lakmus (bas gitara), Boris Lifşits (zərb), Yanik Nikolenko (fleyta, klavişi, melodika, qaval, bek-vokal) ibarətdir.
30 mayda reallaşacaq konsertin biletlərinin qiyməti 19-129 AZN, VİP isə 220 AZN təşkil edir.
Konsertin informasiya dəstəyi 107.7 – “AvtoFM”dir.
Aytən Sadıqzadə
www.oxu.az