Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiyalı aktyordan avtomobilində tapılan doğranmış qadın cəsədi ilə bağlı AÇIQLAMA
Məşhur rusiyalı aktyor Qoşa Kutsenko özünün avtomobilində tapılan qadın cəsədi ilə bağlı ilk açıqlamanı verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə o, öz "Telegram" kanalında paylaşım edib.
Qoşa Kutsenkonun sözlərinə görə, dəhşətli xəbəri çəkilişlərdə olarkən öyrənib.
"Bu dəhşətli xəbəri ekspedisiyada çəkilişlərdə olduğum zaman öyrəndim. Qatil saxlanılıb. Mərhumun yaxınlarına başsağlığı verirəm", - deyə aktyor paylaşımda yazıb.
Həmçinin "SHOT" "Telegram" kanalı cinayətin bəzi təfərrüatı haqqında da məlumat əldə edə bilib.
Bildirilir ki, Kazandan olan 30 yaşlı işsiz Albert Abdullin təsadüfən tanış olduğu qadını amansızcasına qətlə yetirib, ona ən azı 12 bıçaq zərbəsi vurub. Hadisə Qoşa Kutsenkoya məxsus "Zaporojets" avtomobilində baş verib.
İstintaqın məlumatına görə, Abdullin özünü Darya kimi təqdim edən qurbanı ilə qətldən cəmi bir neçə saat əvvəl Kiyevski vağzalında tanış olub. Kişi sabit yaşayış yeri olmayan qadını iki qızılgül və bir şüşə araqla yoldan çıxarıb. Lakin cütlüyün xarakterləri üst-üstə düşmədiyi üçün romantik görüş qanlı faciə ilə başa çatıb.
Avtomobilə baxış keçirilərkən hər hansı qapının sındırılması halı aşkar edilməyib və bu da aktyorun sadəcə olaraq avtomobilini kilidləməyi unutduğunu göstərir.
Maşının salonunda cəsəddən əlavə qadın alt paltarı və istifadə olunmuş kontraseptiv vasitə də tapılıb ki, bu da ehtimal, Abdullinin daha əvvəlki marjinal qadınlarla olan "görüşlərindən" qalıb.
Saxlanılan şəxs təqsirini etiraf edib və əməlindən peşman olduğunu deyib. İstintaq onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət vermək niyyətindədir. Bu dəhşətli cinayətin istintaqı prokurorluğun nəzarəti altındadır.
Maraqlıdır ki, Qoşa Kutsenko 2019-cu ildə doğulduğu Zaporojye şəhərinin xatirəsinə mavi rəngli "Zaporojets" alıb. Avtomobilin qeyri-aqressiv rənginin digər sürücülərin gülümsəməsinə səbəb olduğuna inanan aktyor tez-tez bu maşını ilə Moskva küçələrində hərəkət edib. Lakin o təsəvvürünə belə gətirə bilməzdi ki, onun sevimli avtomobili dəhşətli qətl yerinə çevriləcək.
Rusiyalı aktyor Qoşa Kutsenkonun avtomobilindən doğranmış qadın cəsədi tapılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanalı öz mənbəsinə istinadən məlumat verib.
Məlumata görə, yoldan keçənlər Moskvanın Kutuzovski prospektindəki evlərdən birinin həyətində park edilmiş köhnə "Zaporojets" avtomobilində qadın cəsədini görüblər. Məlum olub ki, bu avtomobil Rusiyanın Əməkdar artisti Qoşa Kutsenkoya məxsusdur. Maşının qapıları açıq olub.
Hadisə yerinə gələn ekspertlər qadının bir neçə saat əvvəl öldürüldüyünü müəyyən ediblər. Maşının içərisində, cəsədin yanında istifadə olunmuş kontraseptiv vasitə də aşkarlanıb. Mərhumun şəxsiyyəti müəyyənləşdirilir, onun 30-35 yaşlarında olduğu ehtimal edilir.
Qətli törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb. Onun Kazandan olan 30 yaşlı işsiz Albert Abdullin olduğu bildirilir. Onun qətl, təcavüz, soyğunçuluq, oğurluq, dövlət məmurunu təhqir etmə, öldürməklə hədələmə, sağlamlığa qəsdən ağır xəsarət yetirmə kimi çox sayda məhkumluğu mövcuddur.
Faktla bağlı "qətl" maddəsi üzrə cinayət işi açılıb. İstintaqı Rusiya İstintaq Komitəsi aparır və ona prokurorluq nəzarət edir.
"Rusiya" teqi üzrə xəbərlər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Rusiyada qatarda yanan yeniyetmənin görüntüləri yayıldı
- Sankt-Peterburqda ad günündən qayıdanlar gölə "uçdular": Sərnişinləri buzların içindən çıxardılar
- Gözdən linzaları çıxarmadan yatdıqda nə baş verə bilər? - Rusiyalı həkimdən AÇIQLAMA
- Peskov Trampın dövründə Rusiyaya qarşı sanksiya siyasəti barədə: "Nikbinliyə qapılmaq lazım deyil"
Rəylər