Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

39 yaşlı Tatyana Deniskina milli komandadakı karyerasını başa vurub
Basketbolun 5x5 növü üzrə Azərbaycan millisinin üzvü Tatyana Deniskina yığmadakı karyerasını bitirib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, 39 yaşlı oyunçu bu barədə özü məlumat verib.
O bundan sonra 5x5-də oynamayacağını bildirib.
Təcrübəli basketbolçu hələlik 3x3 növü üzrə Azərbaycan yığmasında məşqlər etdiyini deyib.
Qeyd edək ki, Tatyana Deniskina 2009-cu ildən 5x5 növü üzrə Azərbaycan millisində çıxış edirdi.
"Basketbol" teqi üzrə xəbərlər
Ən çox oxunanlar