“Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinin aparıcısı Anar Cəfərov sosial şəbəkədə ilk dəfə əsgərlik fotolarını paylaşıb.
Oxu.Az-ın məlumatına görə, o, İnstagram səhifəsində yenidən əsgər getməyə hazır olduğunu yazıb:
“Yenidən vətənin keşiyində durmağa hazıram. Vətənimiz, millətimiz, bayrağımız hər zaman var olsun. İndi hamımız bir olmalıyıq. Düşmən bizi qorxutmaz”.