Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati, İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyilə “Əsrin müqaviləsi”nin 20 illik yubileyi münasibətilə “20 şanlı il” mövzusunda vokal və instrumental musiqi əsərlərinin müsabiqəsi elan olunub.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyənlər üçün yaş məhdudiyyəti yoxdur. Göndərilən materiallar yalnız CD-də olmalıdır.
Qaliblər iki nominasiya üzrə aşağıdakı qaydada mükafatlandırılacaqlar:
Ən yaxşı vokal əsəri - 5000 AZN
Ən yaxşı instrumental əsər - 5000 AZN
Müsabiqədə iştirak üçün aşağıdakı sənədlər tələb olunur: müəllif haqqında məlumatları əks etdirən CV (ünvan və əlaqə məlumatları göstərilməklə), musiqi əsərinin klaviri, 2 ədəd foto-şəkil, şəxsiyyət vəsiqəsinin surəti.
Sənəd qəbulu sentyabrın 10-dək davam etdiriləcək. Qaliblər sentyabrın 20-də elan olunacaq.
Sənədlər aşağıdakı ünvana göndərilməlidir: Bakı şəh., Səbail r-n, Neftçilər pr.67, mənzil 19a.
Əlaqə telefonları: 012 492 93 28; 012 492 39 02.
Gülnarə Zeynalova
www.oxu.az