Müğənni Murat Dalkılıçla avqustun 24-də toyu olacaq aktrisa Merve Boluğurun xına gecəsi olub.
Oxu.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, xına gecəsində əvvəl ağ libas geyinən Boluğur növbəti saatlarda ənənəvi xına geyimində olub. Aktrisanın geyimini başındakı tac tamamlayıb. Bu görünüşdə hər kəs onu “Möhtəşəm yüz il” serialında canlandırdığı Nurbanı obrazına bənzədib.
Mərasimdə aktrisalar Pelin Karahan, Ceylan Çapa, Eliz Sakuçoğlu kimi məşhur adlar da iştirak edib.
Qəflətən gecəyə qonaq gələn bəy - Murat Dalkılıç sevgilisi ilə bir yerdə mahnı da oxuyub.