Məşhur türk modelyer Aybüke Baran vəfat edib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Aybüke Baran beyin damarlarındakı tıxanma səbəbindən bir müddətdir müalicə aldığı İzmirdə yerləşən xəstəxanaların birində 65 yaşında dünyasını dəyişib.

Bu günə qədər 45 ölkədə 95 moda nümayişinə imza atan, son 15 ildə hazırladığı geyim və əl işlərini “Məndən Anadoluya salam söylə” adlanan defilələri ilə təqdim edən Baran, iki həftə əvvəl vəziyyətinin daha da ağırlaşması nəticəsində İzmir Tepecik Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib.

Həkimlərin ciddi müdaxiləsinə baxmayaraq modelyer bu gün səhər saatlarında həyatını itirib.

Aytən Sadıqzadə
www.oxu.az