Türkiyəli məşhur teleaparıcı Burcu Əsmərsoy illərdir formada qalma sirrini açıqlayıb.
Alış-veriş mərkəzindən çıxan zaman “Habertürk”ün obyektivinə rast gələn Əsmərsoy bəzi açıqlamalar verib.

45 yaşlı aparıcı ağ undan hazırlanan çörəyi yemədiyini deyib:
“21 ildir ağ undan bişən çörək yemirəm, amma smit yeyirəm”.

O, ticarət mərkəzinə niyə gəldiyini də bildirib:
“Xeyirli bir iş üçün toplantı keçirdik. Yaxın zamanda açıqlayacağam”.




