Məşhur türkiyəli müğənni Simge Qaziantep şəhərində çıxışı zamanı səhnədə hücuma məruz qalıb.
Bu barədə Oxu.Az Haberler.com-a istinadən xəbər verir.
Məlumata görə, Qaziantep Kültür Yolu Festivalı çərçivəsində konsert verən Simgenin üzünə əvvəlcə gül buketi, sonra isə telefon atılıb.
"İşini görən insana telefon atmaq normaldırmı, sizcə? Bunu edən dostumuzu qınayıram. Çünki mən buraya çörəkpulumu qazanmağa gəlmişəm. O qədər insan əylənmək üçün buradadır və bir nəfər telefon atır. Həqiqətən, çox ayıbdır. Qorxduğum üçün yanınıza gəlməyəcəyəm, məni yaxından görə bilməyəcəksiniz", - deyə Simge qəzəbini ifadə edib.
Məşhur türkiyəli müğənni səhnədə hücuma məruz qaldı
Rəylər